Bu ilin iyul ayının sonunadək Ağdam Sənaye Parkında ən azı iki müəssisənin tikintisinə başlanılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərinin müavini Elxan Şiriyev deyib.
Onun sözlərinə görə, ərazilər təmizləndikcə ilin sonunadək daha 9 müəssisənin yaradılması nəzərdə tutulur.
“Ağdam Sənaye Parkına ayrılan ərazilərdə kifayət qədər köhnə tikililər var ki, onların sökülməsinə artıq başlanılıb. Bildiyiniz kimi, Sənaye Parkına dəyəri 60 mln. manat təşkil edən müxtəlif sahələr üzrə 15 layihə təqdim olunub. Təqdim olunan layihələr tikinti materialların istehsalını, kənd təsərrüfatı sektorunu (pambıq emalı, pambıq yağının istehsalı və s.), qida sektorunu və digər sahələri əhatə edir”, - deyə Elxan Şiriyev qeyd edib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir