07 iyul 2022 11:43
614

Əmək müqavilələrinin artımı açıqlanıb

2018-2022-ci illərdə Azərbaycanda keçirilmiş sosial islahatlar nəticəsində əmək müqavilələrinin sayı 400 min artıb.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, qeyd olunan dövrə əməkhaqqı fondu 2,2 dəfə artıb.

"Əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib, orta əməkhaqqı 41 faiz, median əməkhaqqı 85 faiz, minimum əməkhaqqı 2,3 dəfə artıb", - deyə o bildirib.