Daha bir dövlət agentliyi tender qaydalarını pozub.
"İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Qalib şirkət "Digital Umbrella" MMC ilə 60 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Aqrar Xidmətlər Agentliyinə 7 xidmət göstərəcək.
Qeyd edək ki, "Digital Umbrella" MMC-nin 19 360 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir