“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində azərbaycanlı sahibkar və menecerlərin növbəti qrupu Almaniyanın Ulm şəhərində beynəlxalq ixtisasartırma kursu keçiblər.
“İki sahil” xəbər verir ki, 20 iyun – 2 iyul tarixlərində hibrid formatda keçirilən ixtisasartırma kursunda iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərən 22 sahibkar və menecerlər iştirak edib. Eyni zamanda sahibkar və menecerlərimiz aqrar, turizm, logistika, İKT, üzümçülük və şərabçılq üzrə şirkətlərdə görüşlər keçirib, qabaqcıl təcrübə ilə yerində tanış olub, yeni əməkdaşlıq əlaqələri qurublar.
Məlumat üçün bildirək ki, Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya tərəfindən GİZ-in əlaqələndirici olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində indiyədək 500-ə yaxın sahibkar və menecer ixtisasartırma kursunda iştirak edərək, menecment sahəsində biliklərə, beynəlxalq təcrübəyə yiyələniblər. Proqrama qoşulmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir