08 iyul 2022 13:06
696

Mərkəzi Bank daha bir investisiya şirkətinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətinə lisenziya verib.

Bu barədə "İki sahil"ə AMB-dən bildirilib. Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Capital Partners İnvestisiya Şirkəti"nə əsas və yardımçı investisiya xidmətləri göstərmək üçün lisenziya verilib.

Qeyd edək ki, bununla da ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin sayı 13-ə çatıb.