"Qurban bayramı günlərində kəsilən malların dəriləri Avropa bazarlarına ixrac ediləcək".
“İki sahil” xəbər verir ki, bunu Qurban bayramı ilə bağlı görülən işlərə dair brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, sahibkarlar həmin heyvan dərilərini toplayıb baytarlıq ekspertizasından keçirməklə ixrac edə bilərlər.
"AQTA ilə Avropa İttifaqının müvafiq qurumu arasında aparılan uzunmüddətli danışıqlar, rəsmi yazışmalar nəticəsində Azərbaycandan heyvan dərisinin Aİ-yə ixracına icazə verilib. Bu cür ixrac etmək istəyən şirkətlər varsa, əvvəlcədən AQTA-ya müraciət etsinlər, dövlət qeydiyyatına düşsünlər. Biz bu haqda Avropa İttifaqının səlahiyyətli qurumuna müvafiq məlumatları göndərəcəyik",- deyə Elxan Mıkayılov qeyd edib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir