08 iyul 2022 13:44
679

Azərbaycanda güzəştli kreditləşmə kəskin artıb

Bu ilin yanvar-iyun aylarında sahibkarların 1384 layihəsinin maliyyələşdirilməsinə 53,9 mln. manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondundan "Iki sahil"ə verilən məlumata görə, bu ötən ilin müvafiq dövrünün göstəricisindən 47,2% çoxdur.

Ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 546 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 36,6 mln. manat kredit ayrılıb.