Misirin “Əl Aqaria” və Qətərin “Aşarq” portallarında Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) Bolqarıstan və Yunanıstanın təbii qaz təchizatında mühüm rolu haqqında yazılar yayımlanıb.
"İki sahil" xəbər verir ki, materiallarda Bolqarıstanın Baş naziri Kirill Petkovun sözügedən boru kəmərlərinin regionun enerji xəritəsini dəyişəcəyi barədə sözləri yer alıb. O əlavə edib ki, tezliklə Yunanıstanın şimalındakı Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora məntəqəsi arasında boru xətti istifadəyə veriləcək və bu kəmər Azərbaycandan qazı nəql edəcək digər kəmərə qoşulacaq. Bununla yanaşı, hər iki ölkə Əlcəzair və Qətərdən də maye qaz idxal edəcək.
Baş nazir əlavə edib ki, bir neçə həftədən sonra onun ölkəsinə Azərbaycan qazının nəqlinə start veriləcək. Hazırda texniki yoxlama işləri aparılır, TANAP-TAP-a birləşən 180 kilometrlik boru xətti isə avqustun əvvəlində fəaliyyətə başlayacaq.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis isə bildirib ki, bu enerji körpüsü Balkan yarımadası və bütün Avropa üçün böyük əhəmiyyətə malikdir.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir