Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonu VDNX-nın Qızıl nişanına layiq görülüb.
“İki sahil” xəbər verir ki, bu gün VDNX-da “Qazaxıstan” pavilyonunda keçirilən təntənəli mükafatlandırma mərasimində Qızıl nişan Azərbaycan pavilyonunun baş direktoru Səadət Kadırovaya təqdim olunub.
"Azərbaycan" pavilyonun Qızıl nişanla təltif edilməsi barədə qərar xüsusi yaradılmış Mükafat Komitəsi tərəfindən kollektiv şəkildə qəbul edilib. VDNX-nın açılışından bəri mövcud olan müxtəlif sahələrdə nailiyyətlərin mükafatlandırılması ənənəsi beləcə bərpa olunub.
Qeyd edək ki, son İki il ərzində “Azərbaycan” pavilyonunun rəhbərliyi onlarla mədəni, maarifləndirici və əyləncəli tədbirlər həyata keçirib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir