İyulun 11-də səhər saatlarında “Qazprom” təmir işləri ilə əlaqədar “Şimal axını” qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb. Təmir işlərinin iyulun 21-dək davam edəcəyi bildirilir.
“İki sahil” xəbər verir ki, bu barədə “Nord Stream AG” qaz kəməri operatoru məlumat verib.
Almaniya hökuməti profilaktika başa çatdıqdan sonra Rusiyanın boru kəməri ilə ixracı bərpa etməyəcəyindən ehtiyat edirdi. “Nord Stream AG” şirkətindən verilən məlumata görə, qaz təchizatı planlaşdırılan təmirlə əlaqədar dayandırılıb. Şirkət cədvəlin “qazın yuxarı və aşağı axın üzrə nəqli ilə bağlı tərəfdaşlarla” razılaşdırıldığını və koordinasiya edildiyini iddia edir.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir