“Mercedes” və “BMW” kimi dünya markaları olan avtomobillərin Bakı Limanı vasitəsilə Avropa bazarından Asiya istehlakçılarına daşınmasına başlayıb.
"İki sahil" "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir ki, bu, “Cabooter Group” şirkətinin Bakı Limanı və “Port Bonded Services” MMC ilə sıx əməkdaşlıq çərçivəsin də baş tutub.
Məlumata görə, Bakı Limanı müxtəlif nəqliyyat vasitələrinin avtomobil, dəmir və dəniz yolu ilə daşımalarını həyata keçirmək üçün logistik şirkətlərə müasir xidmətlər və imkanlar təklif edir.
Qeyd edilir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) qlobal logistikadakı rolu getdikcə artır və yeni inkişaf fazasına daxil olur. Xüsusilə, Bakı Limanı Asiya və Avropanın birləşdirilməsində və regional əlaqələrin qurtulmasında mühüm multimodal logistika mərkəzinə çevrilib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir