Gürcüstanda 16 milyard kubmetr həcmdə təbii qaz yatağının mövcudluğu təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili “Business Media” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ehtiyatlar Tbilisi yaxınlığında “Schlumberger” şirkətinin qazdığı quyuda aşkarlanıb.
G.Tatişvili lisenziyalı sahədə üfüqi qazmanın tələb olunduğunu qeyd edib.
Agentlik rəhbəri bildirib ki, yatağın tam istismarı şərtilə Gürcüstan səkkiz il ərzində təbii qaza olan tələbatını tam ödəyə biləcək.
Qeyd edək ki, “Schlumberger” şirkəti 2018-ci ildən Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışını aparır.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir