12 iyul 2022 12:26
981

"Baktelecom": Partlayış nəticəsində rabitə infrastrukturuna ziyan dəyməyib

Ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsində rabitə quyusunda baş verən partlayış nəticəsində şirkətin rabitə xidmətləri göstərməsində heç bir fasilə qeydə alınmayıb və ilkin monitorinqə əsasən rabitə infrastrukturuna ziyan dəyməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") məlumat yayıb.

Qeyd edilib ki, hazırda aidiyyəti qurumlar hadisənin baş vermə səbəblərini müəyyən edir. “Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq".