Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı yoxlanılan dövrün müddəti əlavə olaraq artırıla bilərmi?
“İki sahil” Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-c il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən vergiödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu məcəllə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr artırıla bilər.
Lakin bu prosedur istənilən halda deyil, vergiödəyicisinin müraciəti əsasında, keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda və ya cinayət prosesual qanunvericiliyə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda həyata keçirilə bilər.
Həmçinin nəzərə çatdırılıb ki, vergi orqanının müvafiq qərarı ilə artırılmış yoxlanılan dövr Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş 3 illik dövrdən çox ola bilməz.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir