13 iyul 2022 12:25
611

Azərbaycanla Aİ arasında investisiyaların müəyyənləşdirilməsi üçün birgə işçi qrupu yaradılacaq

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lorens Mereditlə görüşüb.

“İki sahil” xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, görüşdə Avropa İttifaqı ilə əməkdaşlıq, investisiyaların müəyyənləşdirilməsi sahəsində işçi qrupunun yaradılması, özəl və dövlət sektorlarında sərmayə imkanları və potensial layihələr barədə müzakirələr aparılıb.