Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclasında əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması prosedurunun sadələşdirilməsi məsələsinə baxılıb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, Dövlət Komissiyasının qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bundan sonra PMR 446 (PMR 446-private mobile radio, 446 MHs) analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından konkret tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunacaq əldə daşınan radiostansiyaların qeydiyyata alınması üçün mövcud qaydalara uyğun olaraq, RİNN-in tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinə (DRİ) birbaşa müraciət edəcəklər.
Xatırladaq ki, indiyə qədər bu tip radiostansiyalardan istifadə etmək istəyənlər Dövlət Komissiyasına müraciət edirdi və komissiya mövcud qaydalara əsasən, müraciətlərə 2 ay ərzində baxaraq qərar verirdi.
Yeni dəyişikliyə görə, müraciətçilər tələb olunan sənədləri DRİ-yə təqdim etdikdən sonra 3 iş günü ərzində istifadəçilərə tezlik nominallarının ayrılması mümkün olacaq.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir