13 iyul 2022 17:25
827

Azərbaycan və Gürcüstanın dörd şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin Azərbaycana səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında qardaşlaşma haqqında anlaşma memorandumları imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, anlaşma memorandumları iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafına mühüm töhfə verəcək.