Serbiya 2023-cü ildən etibarən Azərbaycan təbii qazını idxal etməyi nəzərdə tutur.
“İki sahil” xəbər verir ki, bunu Serbiyanın energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib. Nazir bildirib ki, Serbiya ilə Bolqarıstan arasında boru kəmərinin inşasının tamamlanması ilə ölkəsi gələn ildən Azərbaycandan qaz almağa başlaya bilər.
Qeyd edək ki, iyulun 8-də Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verilib. Bu interkonnektor Azərbaycan qazının Balkan ölkələrinə də nəqlinə imkan yaradacaq.
Bolqarıstanla boru kəmərinin istifadəyə verilməsi sayəsində Serbiya, həmçinin Yunanıstan üzərindən maye təbii qaz almaq imkanı əldə edəcək.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir