Bu ilin 6 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.3% artaraq 13 520,5 mln. kVt/st təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.
Nazir əlavə edib ki, hesabat dövründə ölkənin elektrik enerji ixracı 664.1 mln. kVt/st, idxalı isə 71,1 mln. kVt/st olub. Bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 205,3 mln. kVt/st artımla 1162,7 mln kVt/st elektrik enerjisi istehsal edilib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir