2022-ci ildə Azərbaycanda icmal büdcənin gəlirləri 38,7%, 2023 və 2024-cü illər üzrə isə 39% artacaq.
“İki sahil” xəbər verir ki, bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.
BVF 2025-ci il üzrə bu göstəricinin 36,4%, 2026-cı il üzrə 33,1%, 2027-ci il üzrə isə 31,4% artacağını proqnozlaşdırıb.
İcmal büdcənin ümumi xərcləri isə bu il üzrə 29%, 2023-cü ildə 30,2%, 2024-cü ildə 31,7% artacaq. 2025, 2026, 2027-ci illər üzrə isə artım müvafiq olaraq 32,9%, 33,3% və 33,6% təşkil edəcək.
Fond 2022-ci il üzrə icmal büdcənin cari xərcləmələrinin 21,6% artacağını proqnozlaşdırıb. 2023-2027-ci illər üzrə isə bu göstərici 23 -26,9% arasında artacaq.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir