Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 539 750,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6% çoxdur.
"İki sahil"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14,5% artaraq 638 310,7 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 30,4% artaraq 1 802 834,4 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk altı ayında daxilolmalar 10,2% azalaraq 69 916,4 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 28 688,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 38,3% çoxdur.
Bu ilin iyun ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 475 956,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 26,5%, bu ilin may ayı ilə müqayisədə isə 12,7% çoxdur.
Bu ilin iyun ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19% artaraq 123 918,8 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici həmçinin 19% artıb.
Bununla yanaşı, cari ilin iyun ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 31% artaraq 330 235,8 min manat (bu ilin may ayı ilə müqayisədə 10,8% çox), aksizlər üzrə 4,9% artaraq 16 445,8 min manat (may ilə müqayisədə 20,8% çox), yol vergisi üzrə daxilolmalar isə 47% artaraq 5 356.5 min manat (may ilə müqayisədə 18,3% az) təşkil edib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir