Azərbaycandan Finlandiyaya quyu qapaqlarının ixracına başlanılıb və ilkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, investisiya dəyəri 103 mln. ABŞ dollarından çox olan istehsal müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərir.
Müəssisə tərəfindən müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.
İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir