15 iyul 2022 09:46
733

Valdis Zatlers Azərbaycanın bərpa olunan enerji sektorunun potensialını yüksək qiymətləndirir

Azərbaycanın bərpa olunan enerji sektorunda böyük potensialı var.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

O qeyd edib ki, Azərbaycan bərpa olunan enerji potensialını daha da inkişaf etdirməyə hazırdır.

"Ölkə bundan həqiqətən də faydalana bilər. Azərbaycanın külək və günəş enerjisindən istifadə etmək üçün böyük potensialı var", - deyə sabiq prezident bildirib.

Qarabağ bölgəsindən bəhs edən V.Zatlers, bu bölgənin günəş enerjisinin inkişafı üçün böyük potensiala malik olduğunun qeyd edib.

" Bu gün dünyada Qarabağda “yaşıl” zonanın yaradılması ideyasını həyata keçirmək üçün çoxlu innovativ ideyalar mövcuddur. Bunun üçün Azərbaycanın kifayət qədər resursları var",-deyə V.Zatlers əlavə edib.