15 iyul 2022 10:40
722

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,11% artaraq 1 707,6 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,18% artaraq 18,25 dollar təşkil edib.