15 iyul 2022 14:31
856

Rusiya qaz hasilatını 10 faizdən çox azaldıb

Rusiyanın "Qazprom" şirkəti bu ilin əvvəlindən ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatını 10,4 faiz azaldıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Qazprom"un hesabatında deyilir. Bu müddət ərzində qaz hasilatı 249,7 milyard kubmetr təşkil edib.

Eyni zamanda, şirkətin həyata keçirdiyi qaz ixracı ötən ilin ilk yarısı ilə müqayisədə 33,1 faiz azalaraq 71,9 milyard kubmetr təşkil edib.