16 iyul 2022 15:21
814

Bakı-London-Bakı reysindən istifadə edən sərnişinlərin  NƏZƏRİNƏ!

Londonun Hitrou (LHR) hava limanı tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqədar AZAL aviaşirkətinin Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Belə ki, Bakıdan Londona uçuş saat 11:55-də, London-Bakı marşrutu üzrə uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin callcenter@azal.az ünvanına müraciət edə bilərlər.