Bu ilin sonunadək "Şahdəniz" Qaz-kondensat yatağında hasilat pik həddə çatacaq.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, söhbət ildə 26 mlrd. kubmetr qaz hasilatından gedir. Vitse-prezident qeyd edib ki, bu hasilat həcmlərini bir neçə müddət saxlamaq planlaşdırılır.
Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, bu ilin üçüncü rübündə "Şahdəniz" yatağında yerləşən "Alfa" platforması planlaşdırılmış profilaktika işlərinin aparılması üçün dayandırılacaq.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir