2022-ci ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınan yüklərin həcmi 19622,5 min ton, yük dövriyyəsi isə 4804,9 milyon ton-km olub.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, yüklərin 10716,5 min tonu və ya 54,6 faizi avtomobil nəqliyyatı, 6408,3 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 2497,7 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 26,3 faizini və ya 5160,0 min tonunu tranzit yüklər təşkil edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir