19 iyul 2022 14:39
662

Corc Dik BP-nin Səngəçal terminalında olub

İsrailin Azərbaycandakı səfiri Corc Dik BP-nin Səngəçal terminalında olub.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail diplomatı "Twitter"də bildirib.

"Bu gün mən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin və Cənub Qaz Dəhlizinin (CQD) başladığı BP-nin Səngəçal terminalında oldum. Azərbaycan oradan dünyada enerji sabitliyinə böyük töhfə verir!", səfir vurğulayıb.