19 iyul 2022 15:46
696

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib

Bu gün keçirilən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracda 1 yarımçıq tikili və 8 nəqliyyat vasitəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən “İki sahil”ə verilən məlumata görə, özəlləşdirilən yarımçıq tikili Xaçmaz rayonunun Nabran kəndində yerləşir.

Bu əmlaklar üzrə dövlət büdcəsinə 96 750 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Xidmətin saytından tanış olmaq olar.