Cənubi Koreyanın "Lemon Metal" şirkəti Azərbaycanda alüminium məmulatları istehsalı sahəsinə sərmayə qoymaqda maraqlıdır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "İki sahil"ə verilən məlumata görə, qeyd olunan sahədə əməkdaşlığa dair müzakirələr həm şirkətin, həm də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) nümayəndələri ilə keçirilən görüşdə aparılıb.
Tərəflər investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsinin aparılıb. Koreya tərəfinə ölkədə yaradılan əlverişli investisiya mühiti barədə məlumat verilib.
"Lemon Metal" şirkətinin nümayəndələri Azərbaycanda alüminium məmulatları istehsalı sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını bildiriblər.",- AZPROMO-dan bildirilib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir