Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb.
ARDNF-dən “İki sahil”ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 4 870 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə Şahdəniz yatağından (qaz və kondensat) isə gəlirlərin həcmi 633,256 mln. ABŞ dolları olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilin ilk 6 ayında 219,357 mln. ABŞ dolları təşkil edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir