Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 1,363 mlrd. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,2% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 2942,8 manat olub.
Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2%-lik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57,9% təşkil edib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk yarımilində sənaye məhsulu 2,1%, əsas kapitala yönəldilən vəsaitlər 1,4%, kənd təsərrüfatı məhsulu 3,7%, nəqliyyat sektorunda yük daşınması 1,7%, informasiya və rabitə xidmətləri 2,6%, pərakəndə əmtəə dövriyyəsi 1,7%, əhaliyə göstərilən ödənişli xidmətlər 1,5% artıb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir