Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 590,69 mln. manat dəyərində sənaye məhsulu istehsal olunub.
Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, bu, bir il öncəki göstəricini 2,1% üstələyib.
Sənaye məhsulu istehsalının 94,2%-i malların, 5,8%-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92% təşkil edib.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-iyun aylarında 8,5 mln. kredit verilib ki, bu da bir il öncəki göstəricidən 10,1% çoxdur.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir