Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2% böyüyüb.
“İki sahil” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib. Məlumata görə, böyümə qeyri-neft sektorunda yüksək artımla bağlıdır.
ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə ümumi daxili məhsul istehsalı (ÜDM) artımı ilə bağlı proqnozunu bu il üçün 0,2 faiz bəndi artıraraq 3,6%-dən 3,8%-ə yüksəldib.
Regionda ÜDM artımı gələn il üçün 4%-dən 4,1%-ə kimi artırılıb.
Bununla belə, bildirilib ki, qeyri-müəyyən geosiyasi mühit fonunda bu iqtisadiyyatlarda artım önümüzdəki aylarda azala bilər.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir