Bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən “İki sahil”ə verilən məlumata görə, bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, dövründə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 mln. manat vəsait büdcəyə daxil olub.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir