Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin eyni dövrünə nisbətən 2,6% artaraq 30 657,5 min. manat olub.
Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 74%-i mobil rabitənin payına düşüb.
Cari ilin ilk altı ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 1,7% üstələyərək 22 700,2 min. manat təşkil edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir