Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 141,2 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 31,1% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, verilən kreditlərin 12,1 mln. manatdan çoxu və yaxud 8,6%-i qısamüddətli, 129,7 mln. manatdan çoxu və yaxud 91,4%-i uzunmüddətli kreditlər olub.
1 iyul 2022-ci il tarixə muxtar respublikanın açılan bank hesablarının sayı 213 329-a çatmışdır ki, bunun da 205 727-si və ya 96,4%-i aktiv hesablardır. Cari ilin yanvar-iyun aylarında açılan 28 833 bank hesabının 28 822-si aktiv hesablar olub.
1 iyul 2022-ci il tarixə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1590-a çatdırılıb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir