Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 3 096,5 min. manat təşkil edib.
"İki sahil"in Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2021-ci ilin müvafiq göstərici ilə müqayisədə 9,2% azdır.
Cari ilin ilk altı ayında muxtar respublikada sığorta növləri üzrə daxilolmaların 737,7 min. manatını könüllü, 2 358,8 min. manatını isə icbari sığorta təşkil edib.
Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 3,3% artıb, icbari sığorta üzrə ödənişlər isə 12,5% azalıb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir