Rusiyanın “Utair” aviaşirkəti Surqutdan (Xantı-Mansi Muxtar Dairəsi) Bakıya uçuşların sayını həftədə ikiyə qədər artırıb.
"İki sahil” aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar artıq bazar ertəsi və çərşənbə günləri həyata keçirilir.
Bazar ertəsi Surqutdan uçuş yerli vaxtla saat 07:30-da, geriyə saat 21:55-də, çərşənbə günü isə Xantı-Mansi Muxtar Dairəsindən uçuş saat 07:10-da, Azərbaycandan isə saat 21:40-da yerinə yetirilir.
Biletin qiyməti - 10 073 rubldan (310 manat) başlayır.
Xatırladaq ki, iyun ayında Azərbaycanın dövlət aviasiya orqanları “Utair” şirkətinin Mahaçqaladan Bakıya uçuşlar həyata keçirməsinə icazəni geri götürüb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir