Azərbaycan Mərkəzi Bankı (AMB) manatın likvidliyini azaltmaq üçün not emissiyasını 23% artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Azərbaycanla bağlı “Monthly Economic Update” hesabatının iyul sayında bildirilib.
Məlumata görə, AMB xarici sektorun əlverişli statistikasını nəzərə alaraq uçot dərəcəsi ilə bağlı siyasətini dəyişməyib. Belə ki, Bank artan inflyasiyanın fonunda faiz dərəcəsini 7,75 % səviyyəsində saxlayıb.
"Bu ilin birinci rübündə cari əməliyyatlar balansında ÜDM-in profisitinin 22,5% olması AMB-nin uçot dərəcəsini sabit saxlamasına təsir göstərib", -deyə Dünya Bankında əlavə edilib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir