İyulun əvvəlindən etibarən boru kəmərində aparılan texniki işlərdən sonra Rusiya qazının “Şimal axını” ilə Almaniyaya nəqli bərpa edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın OPAL və NEL qaz kəmərlərinin operatorları məlumat yayıblar.
Bildirilir ki, iyulun 21-də səhər saatlarında Almaniyanın Qreyfsvald şəhərindəki qəbul məntəqəsində “Şimal axını” ilə qazın fiziki axını bərpa edilib.
Layihənin operatoru “Nord Stream AG” da xəbəri təsdiqləyib. Bununla belə, şirkət qaz kəmərinin tam gücü ilə işləməsi üçün hələ müəyyən vaxt keçməli olduğunu bildirib.
Xatırladaq ki, iyulun 11-də “Qazprom” təmir işləri ilə əlaqədar “Şimal axını” qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırmışdı.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir