SOCAR səmt qazı haqqında maraqlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı SOCAR rəsmi “youtube” kanalında paylaşım edib.
Paylaşımda qeyd olunur ki, səmt qazı quyulardan neftlə birgə hasil olunan qazdır. Tərkibinin çox hissəsini metan qazı təşkil edir.
Əvvəllər səmt qazı platformalarda dərhal məşəldə yandırılırdı. Son illər dünyanın səmt qazı ilə bağlı siyasəti dəyişib. Dünya ölkələri onu istehsalatda və məişətdə istifadə etməklə həm ekoloji, həm də iqdisadi baxımdan faydalanırlar.
Azərbaycanda da səmt qazının hasilatında son illər artım müşahidə olunub. 2021-ci ildə ölkəmizdə 13,4 milyard kubmetr səmt qazı hasil olunub ki, bu da 2020-ci ilin göstəricilərindən 14 faiz çoxdur.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın ümumi qaz hasilatının 30,5 faizini sənt qazı təşkil edib.