Dövlətin qarşısında duran əsas vəzifələrindən biri də iqtisadi artımın təmin edilməsidir. İqtisadi artım - müəyyən dövr ərzində mühüm mikroiqtisadi göstəricilərin mütləq və ya nisbi artımıdır (ümumi daxili məhsulun, milli gəlirin). Onların həcmi və strukturu ölkənin inkişafının əsas amillərinin təkrar istehsalını təmin edir. İstehsal aparatının yaranması, yenilənməsi və ondan effektiv şəkildə istifadə məhz, bu cür baş verir. Həlledici sosial indikativlərin artımı – real gəlirlərin, şəxsi istehlakın artımı, həyat səviyyəsinin yaxşılaşması məhz bu əsasda həyata keçirilir. Bu cür artım iqtisadi inkişafın müsbət dinamikası deməkdir. Tənəzzül prosesi isə ümumilikdə iqtisadiyyatın, eləcə də onun ayrı-ayrı sektorlarının inkişaf göstəricilərinin mənfi dinamikası ilə xarakterizə olunur.
Cəmiyyətdə iqtisadi artım bir sıra zəruri amillərlə, hərəkətverici qüvvələr və səbəblərlə sıx əlaqədardır. Təbii vasitələrin və əmək resurslarının kəmiyyət və keyfiyyətini, əsas kapitalın həcmini, texniki tərəqqini, məcmu xərclərin səviyəsinin artırılmasını, çoxalan ehtiyat və vasitələrin faydalı, səmərəli bölgüsünü iqtisadi artımın amilləri kimi təsnifləşdirmək olar. İqtisadi artımın elə amilləri də var ki, onlar bu artımın keyfiyyət durumuna təsir edir. İstehsalın proporsional inkişafı, maddi olaraq onun mexanizminin təkmilləşdirilməsi, istehsalın quruluşunun bütünlükdə tənzimlənməsi və s. belə amillərdəndir. Bu amillər qrupunun fəaliyyət mexanizmini iqtisadi proseslərin tipindən asılı olaraq reallaşdırmaq mümkündür.
İqtisadi artımın intensiv tipinə yeni texnikanın və texnologiyanın işlənib hazırlanmasını, tətbiqini, əməkdaşların ixtisas səviyyəsinin artımını, istehsal mərhələsinin ixtisara salınmasını, əməliyyatın sürətlənməsini və mövcud fondların dövriyyəsini, iqtisadiyyatda struktur dəyişikliklərini, istehsalın təşkilinin yaxşılaşdırılmasını, məhsulun material tutumunun azalmasını şamil etmək lazımdır. İstehsal prossesinə cəlb olunmuş ehtiyatların hər bir vahidi ilə sonu məhsul buraxılışının artımı, məhsulun keyfiyyətinin və gəlirliyinin artımı intensiv inkişafın nəticəsi kimi çıxış edir.
İqtisadi artımın ekstensiv və intensiv tipləri bir qayda olaraq qarşılıqlı fəaliyyətdə olub, “birlikdə mövcud olurlar”. Bu isə iqtisadi artımın əsasən ekstensiv və ya intensiv növü haqqında bəhs etməyə icazə verir.
İqtisadi artımın daha bir tipi – innovasiya tipi daha da geniş yayılmışdır. O iqtisadi artımın digər növlərindən yeni və daima yeniləşməkdə olan məhsulun, o cümlədən də yeni texnika, materiallar şəklində innovasiya amillərinin məqsədyonlü istehsalı ilə fərqlənir.
Texnoloji bazada, əməyin təşkilində və motivasiyasında yeniliklərdən istifadə ona daha xasdır. Ən nəhayət, innovasiya yolu innovasiyalığın daimi əsaslar ilə istehsalı üçün bütün əsas təsisat şəraitinin daxili təsərrüfat sisteminin varlığı ilə xarakterizə olunur. Bu cür əsaslar effektiv iqtisadi artımı təmin edir. Bu isə geniş istehsalın həyata keçirilməsinə yönəlmiş dövlətin qüdrətinin böyüməsinin, milli sərvətin və sərmayələrin artımı üçün əlavə ehtiyyatların əldə olunmasının əsas mənbəyidir. İqtisadi artımın optimal templəri uzunmüddətli perspektivdə cəmiyyətin tələbatının və imkanlarının balansı ilə müəyyənləşir. Bu cür iqtisadi artım prosesində həm cəmiyyət, həm sahibkarlar, həm əməkdaşlar, həm təqaudçülər, həm də uşaqlar maraqlı olurlar. Effektiv iqtisadi artım elmə və texnoloji innovasiyalara arxalanmağı, nəinki hal-hazırda, həm də gələcək tələbatların nəzərə alınması ilə təbii ehtiyatlardan istifadəni, ölkə miqyasında bütün səviyyələrin təsərrüfat subyektlərin maraqlarının razılaşmasını, sahə və regional nöqteyi-nəzərdən tarazlığın təminatını, sosial inkişafın imkanlarının artımını nəzərdə tutur.
Əksinə, onları bir-birindən fərqləndirmək lazımdır. Bunun üçün iqtisadi artıma təsir göstərən daha iki amili – tələb və bölgü amillərini bilmək olduqca vacibdir. Belə ki, ölkə iqtisadiyyatının artmaqda olan istehsal imkanları mövcud ehtiyatlardan istifadə olunması ilə ələqadardır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki, istehsal imkanlarından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi dövriyyəyə cəlb etməklə kifayətlən-mək olmaz, həm də onlar səmərəli bölünməlidir.
İqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürətinin, habelə elmi-tədqiqat işlərinə sərf olu-nan xərclərin artırılmasının ləngiməsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azalması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşağıdakı iki şərt olduqda mümkündür:
1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda;
2) Məhsul istehsalının imkan daxilində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda.
Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min nəfər artmışdır. Deməli, bu artım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min nəfəri işlə təmin etmək, yəni, yeni iş yerləri açmaq lazımdır.
Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixtisası, bölgünün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məhsuldarlığı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal maşın və avadan-lıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, idarəetmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələrdən çox səmərə verən sahələrə «axıb» getdikdə yüksəlir.

Aytac Əkbərzadə,
Heydər Əliyev adına liseyin İnformatika müəllimi
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir