21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,9 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə "İki sahil"ə BFB-dən bildirilib. Məlumata görə, 2022-ci ilin 10 avqust tarixinədək abunə yazılışı həyata keçiriləcək. Bakı Fond Birjasının ticarət qaydalarına əsasən abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü müddətində qiymətli kağızların ticarəti baş tutacaq. Qeyd edək ki, 4 375 000 ədəd adi adlı sənədsiz səhmlərin nominal dəyəri 2.72 manatdır.
Yerləşdirmə üzrə anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir