22 iyul 2022 11:16
612

Mikayıl Cabbarov: Sənaye zonalarına 450 milyon manatdan çox investisiya ediləcək

İndiyədək sənaye zonalarına 58 rezident tərəfindən 6,4 mlrd. manatdan çox sərmayə yatırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

O bildirib ki, 10.100-dən çox daimi iş yeri yaradılıb.

"Növbəti mərhələdə mövcud layihələr üzrə 450 mln. manatdan çox investisiya yatırılması və 4.500-dən artıq yeni iş yerinin təşkili nəzərdə tutulur",- deyə, nazir əlavə edib.