Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd olunub.
Sənəddə bildirilib ki, bu dövrdə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olub. Monetar şərait makroiqtisadi sabitlik hədəfləri çərçivəsində tənzimlənib. İqtisadi artımın bərpasına dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayınadək 16 mərhələdə azaldılaraq 15%-dən 6,25%-ə endirilib.
Lakin 2021-ci ilin birinci yarısında xarici mühitdə baş verən proseslərə cavab olaraq uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində fasilə verilib, ilin ikinci yarısından başlayaraq 8 isə inflyasiya proseslərinin sürətlənməsi nəzərə alınaraq uçot dərəcəsi tədricən yüksəldilib.
Makroiqtisadi sabitliyin qorunması şəraitində iqtisadiyyatda likvidlik effektiv idarə olunub.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir