2022-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 363 776 vergi ödəyicisinin 87,6%-i fiziki şəxslər, 12,4%-i isə hüquqi şəxslər və digər təşkilatlardır.
Dövlət Vergi Xidmətindən “İki sahil”ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 7,3%, o cümlədən fiziki şəxslərin sayı 7,1% (ümumi artımın 85,3%-i), hüquqi şəxslərin sayı 8,6% (ümumi artımın 14,7%-i) artıb.
Yanvar-iyun ayları ərzində 7 658 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur. Bu kommersiya qurumlarının 72,7%-i elektron qaydada, 27,3%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb və onlardan 1308-nin (ümumi qeydiyyatın 17,1%-nin)
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin olunub.
2022-ci ilin 6 ayı ərzində qeydiyyatdan keçən kommersiya qurumlarının 77,5%-i yerli investisiyalı, 22,5%-i xarici investisiyalı qurumlardır.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir