Azərbaycanda rəhbər kadrların inkişafı üçün Rəqəmsal Akademiya yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Planın əsas icraçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti qurumlar isə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
Bununla bağlı ilkin olaraq rəqəmsal bilik və bacarıqları inkişaf etdirəcək təhsil və təlim proqramları həyata keçiriləcək, 2023-2025-ci illər ərzində Rəqəmsal Akademiya təsis ediləcək.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir