Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyəti aktivləşən (bərpa edilən) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8%, fəaliyyəti aktivləşən ƏDV ödəyicilərinin sayı isə 15,6% artıb.
Dövlət Vergi Xidmətindən “İki sahil”ə verilən məlumata görə, 2022-ci ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2022-ci ilin ilk 6 ayında 946 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,4%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,1% təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunan elektron qeydiyyat ərizələrinin 4622-si və ya 83%-i “Asan imza” ilə təqdim olunub. 2022-ci ilin iyul ayının 1-nə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 357-dir.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir